Paşinyan Rusiya sülhməramlılarını tənqid etdi, Kreml cavabını verdi 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edib.

Xatırladırıq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında söyləyib ki, Qarabağda olan Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öz funksiyalarını yerinə yetirə bilmir.

“Rusiya Federasiyasının sülhməramlıları çalışdıqları ərazilərdə asayişi təmin etmək üçün hər şeyi edirlər. Onlar yalnız ölkələr arasında imzalanan sənədlərin məramına və qaydalarına uyğun hərəkət edirlər”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov həmçinin əlavə edib ki, Rusiya Federasiyası Ermənistanla Rusiya sülhməramlılarının Qarabağdakı işi mövzusunun müzakirəsini davam etdirəcək.

Hamısını Göstər

Related Articles

Back to top button