“Payızda vəziyyət pisləşə bilər” — Baş infeksionist

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təşkil edilən son bir neçə birifinqdir ki, payız aylarında Azərbaycanda epidemioloji vəziyyətin pisləşəcəyinə dair xəbərdarlıqlar səsələndirilir.

Payızda bizi gözləyən ən pis nə ola bilər?

Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, pandemiyanın davam etməsi payızda vəziyyətin pisləşməsinə gətirib çıxara bilər:

“Koronavirus soyuq iqlimə daha davamlıdır, nəninki isti iqlimə. Bu nöqteyi-nəzərdən payızda mövsümi qriplə yanaşı, COVİD-19-un artma ehtimalı gözləniləndir”.

Baş infeksionistə Azərbaycanda məhz yay aylarında koronavirusun daha çox yayıldığını xatırlatdıqda, o deyib:

“Bəli, doğrudur, yayda koronavirus bu qanunuyğuluğa tabe olmadı. Amma soyuq havada təsiri gözlənilir. Xüsusilə yayın başlanğıcında insanlarımızın koronavirusa barmaqarası baxmağı, şübhə ilə yanaşması, bəzi gənclərin səhlənkarlığı, koronavirusu saymamaları, kütləvi toplaşmaları yoluxma sayının artımına səbəb olan faktorlardır”.

C.İsayev deyib ki, son günlər yoluxma sayındakı sürətli azalma vəziyyətin nəzarətə götürüldüyündən xəbər verir: “Əgər biz arxayınlaşmasaq, tələblərə riayət etsək, payızda da virusu dəf etmiş olarıq. Hər şey bizim gigiyenik qaydalara riayət etməyimizdən, tibbi maska və dezinfeksiya məhlullarından istifadəmizdən asılıdır”.

Mənbə
demokrat.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close