Pentaqon Ukraynaya daha bir hərbi yardım paketi ayırıb

Pentaqon Kiyevə 820 milyon dollar məbləğində növbəti hərbi yardım paketinin ayrılmasını təsdiqləyib.

Bu barədə departamentin mətbuat xidməti xəbər yayıb.

Paketə NASAMS zenit-raket kompleksləri, HIMARS yaylım atəşli reaktiv sistemlər üçün sursatlar, 150 min artilleriya mərmisi və kontrbatareya radarları daxil olacaq.

Bir gün əvvəl ABŞ Prezidenti Co Bayden Ukraynaya hərbi yardımın dünyanın 50 ölkəsi – “ABŞ-ın müttəfiqləri” tərəfindən göstərildiyini və ya göstəriləcəyinin vəd edildiyini də açıqlayıb.

Hamısını Göstər

Related Articles

Back to top button