Pezeşkian Bakı səfərindən paylaşım edib, İlham Əliyevə təşəkkürünü bildirib

Dünən Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian bu səfərlə bağlı sosial media hesabında paylaşım edib.
Moderator.az xəbər verir ki, o paylaşımında Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
“Dünən Bakıda Azərbaycan Respublikasının Prezidenti, əziz qardaşım İlham Əliyevlə razılaşmalarımız oldu və sənədlər imzalandı.
Bu iş etimadın davamlı və hərtərəfli elmi, iqtisadi, mədəni və sənaye sənayesi üçün yeni üfüqlərin açılması üçün müqəddimədir.
Qonaqpərvərinə görə cənab İlham Əliyevə təşəkkür edirəm”, – Pezeşkian.