“Polisə Dəstək” İctimai Birliyi Azərbaycan Polisini təbrik edir

Əziz həmvətənlər!
2 iyul 2021 ci il tarixdə Azərbaycan Polisinin Peşə bayramı günüdür.Bu münasibətlə çoxminli şəxsi heyəti olan polis əməkdaşlarını-sıravi və zabit heyətini, habelə DİN-nin isteblişmenti sayılan elit təbəqəni-generaltiteti və yüksək rütbəli polis zabitlərini xoş ovqatla təbrik edir,onlara çətin,lakin şərəfli missiyada uğurlar arzulayıram.Bu xoş gündə qürurla ifadə edə və hamıya səslənə bilərəm ki,”Bizim Polisimiz bizi qoruyur!”

Bir az da dərindən düşünəndə – milli ordu formalaşana qədər erməni qəsbkarlarına qarşı canını tərəddüd etmədən Azərbaycanın suverenliyi uğrunda fəda edən Azərbaycan polisi paralel olaraq ölkə daxilində cinayətkarlıqla mübarizə aparır və narahat gecələrinin hesabına xalqın təhlükəsizliyini təmin edir,konstitusion quruluşun əleyhinə arzuolunmaz hərəkətlərin qarşısını ala bilirdi.

Son 10-15 il ərzində ölkədə həyata keçirilən demokratik- hüquqi islahatlar DİO-da bu gün də uğurla davam edir.Polisin fəaliyyət istiqamətlərində insan hüquq və azadlıqları prioritet təşkil edir,polis siyasətə qatılmır.

Azərbaycan xalqının iradəsini ifadə edən normativ hüquqi aktların tələblərini və hamılıqla tanınan beynəlxalq normaları fəaliyyətində əsas tutur.Polis,dövlət qulluğunun xüsusi növündə çalışan və spesifik səlahiyyətə malik əməkdaşı olaraq xidməti vəzifələrinə başlamazdan öncə vətənə sədaqət ruhunda içdikləri anda sədaqət nümayiş etdirir, ekstremal situasiyalarda müvazinətini və ictimai münasibətləri qoruya biləcək qərarlar qəbul edə bilir…

Əziz Azərbaycan Polisi-Generallar, yüksək rütbəli zabitlər, zabitlər və sıravi heyət!
Bir daha bayramınız mübarək! Tanrı hər birinizi qorusun, hifz etsin! Azərbaycan xalqı, ölkəmizdə akkreditasiya olunmuş dipkorpuslar xidmətinizdən məmnunluqlarını ifadə edir. Və Beynəlxalq aləmdə milli nüfuzu ucaltdığınıza görə Sizlərə təşəkkür edirik!

Həmişə var olun!
Günləriniz uğurla başlasın və uğurla da bitsin!
Səmimi hörmət və ehtiramla…

Hamısını Göstər

Related Articles

Back to top button
Close