“Polisə Dəstək” İctimai Birliyi Naziri təbrik etdi

Çox hörmətli Vilayət müəllim!
Sizi və Daxili İşlər Orqanlarının çoxminli şəxsi heyətini qeyd etdiyimiz Qələbə-Zəfər Paradı, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni-2021-ci il münasibətilə səmimi qəlbdən təbrik edir, Rəbbimizdən ölkədə ictimai qaydanın təmin olunması missiyasında sağlam ömür arzulayıram.

2020-ci il müstəqil Azərbaycan tarixində əfsanəvi və heç vaxt unudulmayan il kimi xatırlanacaq. Şanlı qələbə günəşinin şəfəqləri xalqın vahidliyini təcəssüm etdirən, vətənimizin inkişafına və çiçəklənməsinə cani – qəlbdən çalışan Ali Baş Komandan İlham Əliyevə ümumi rifah naminə xoş günlər bəxş edəcək.

Çox hörmətli Vilayət müəllim!
Milli birliyimiz, xalqın bir bayraq ətrafında sıx birləşib dövlət başçısı, Zati – aliləri cənab İlham Əliyevə dəstəyi, Ulu Öndər Heydər Əliyevin həmişəyaşar ideyalarına və vətənə sədaqəti düşmən üzərində qələbəni gerçəkləşdirdi. Bu tarixi qələbənin canlı iştirakçıları sırasında əvvəl də, indi də Azərbaycan polisinin – Daxili Qoşunların xidmətləri və qəhrəmanlıqları danılmazdır!


Respublika Daxili İşlər Orqanları ölkədə davam edən mürəkkəb və ekstremal situasiyada hamıya görk olacaq cinayətkarlıqla mübarizə fəaliyyətini və pandemiyanı nəzarətdə saxlamaqla vətən uğrunda gedən döyüşlərdə də cəsarət nümayiş etdirmişdir.

Bir daha səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Tanrı Sizi və asayiş keşikçilərini qorusun!

Hamısını Göstər

Related Articles

Back to top button