“Polisə Dəstək” İB Azərbaycan Dövlət Pedoqoji Universitetin müəllim və tələbələri ilə görüşdü

Dünən Azərbaycan Dövlət Pedoqoji Universitetin Məktəbəqədər Tədris fakültəsinin korpusunda müəllim və tələbələrə”Polisə Dəstək” ictimai birliyinin SERTİFİKATLARI təqdim edilib.

İlk öncəADPU-nun müəllimləri-İnsan Alveri fənnini tədris edən Fazilə xanım Hüseynli və Yusif Arixov “XXI əsrin köləliyi “barədə tələbələrə ətraflı nəzəri bilik tədris etdiklərinə görə layiq görülüblər.

Qeyd etdiklərim Transmilli mütəşəkkil cinayətkarlığın xüsusilə ağır növünün qarşısının alınması məqsədilə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və ADPU rektorluğunun geniş maarifləndirmə işininin gücləndirilməsinin, habelə İnsan Alverinə qarşı Milli Fəaliyyət Planında ehtiva edilən tələblərin məsuliyyətlə icrasının təzahürüdür.

Azərbaycan Respublikası DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi və “Polisə Dəstək” ‘İB-nin kollektivi adından Universitetin rektorluğuna, dekanlığa, pedaqoq və tələbələrə dərin təşəkkürümü bildirirəm.

Sonda tələbələr ölkədə cinayətkarlıqla mübarızə işindən hüquq-mühafizə orqanlarının, spesfik səlahiyyətlərə və vəzifələrə malik polis orqanlarının fəaliyyətindən məmnuqlarını ifadə etdilər. “Biz, dəstək olmağa hazırıq”, -şüarı da səsləndirildi.

Bu çətin və şərəfli missiyada onlara uğurlar arzuladılar.

Tanrı xaqımızı həmişə iradəli, dövlətimizi və ordumuzu güclü etsin,ictimai və milli təhlükəsizliyi təmin edən Təhlükəsizlik xidməti əməkdaşlarını və polisimizi qorusun!

Hamısını Göstər

Related Articles

Back to top button