Polis əməkdaşları Qubada ucqar kənd məktəbliləri ilə görüşüblər

“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən Quba RPŞ-nin Qonaqkənd
Polis Bölməsinin rəisi, polis kapitanı Anar Xankişiyev narkotik vasitələrin insanlar üçün yaratdığı
problemlərdən danışıb və narkotiklərin bir nəfərin yox ümumiyyətlə cəmiyyətin problemi olduğunu
qeyd edib. O, son aylarda Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi
genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb, onları sağlam gələcək naminə narkotik
vasitələrdən uzaq durmağa çağırıb. Çıxışının sonunda isə A.Xankişiyev gənclərə daima diqqətli
olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə
etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu
bildirib.

Həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru Orxan Şahmarov məktəblilərə erkən
nikahın fəsadlarından bəhs edib. O, hər bir məktəblinin oxumaq, ali təhsil almaq və zamanı gələndə
işləmək hüququnun olduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından
bəhs edən sosial çarxlar nümayiş etdirilib.

Hamısını Göstər

Related Articles

Back to top button