Polis Akademiyasının komandası beynəlxalq humanitar hüquq üzrə milli müsabiqədə birinci yeri tutub

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə ADA Universitetində keçirilmiş Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqədə Polis Akademiyasının komandası I yerə layiq görülmüşdür

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ADA Universitetinin kampusunda Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqə keçirmişdir.

Müsabiqənin hazırlıq mərhələsində iyunun 22-də BQXK-nın Azərbaycan nümayəndəliyinin hüquq müşavirləri Jalə Əzizova və Qumral Aslanova, Heydər Əliyev adına Ali Hərbi Məktəbin nümayəndəsi Ramid Hüseynov, iyunun 23-də BQXK-nın Azərbaycan nümayəndəliyinin  İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri  İlahə Hüseynova, ADA Universitetinin nümayəndəsi Cavid Qədirov, iyunun 24-də Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini, polis mayoru Elnur Aslanov, Bakı Dövlət Universitetinin nümayəndəsi Rübabə Abdullayeva, BQXK-nın Azərbaycan nümayəndəliyinin hüquq müşavirləri Jalə Əzizova və Qumral Aslanova təqdimatlar ilə “Teams” proqramı üzərindən onlayn çıxışlar edərək müsabiqədə iştirak edəcək bütün nümayəndələr üçün vebinar keçirilmişdir.

Mühazirələrdən sonra komandalar növbəti mərhələyə keçmişdir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi iyunun 29-30-da ADA Universitetinin kampusunda Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqəni növbəti mərhələsini keçirmişdir. Müsabiqədə Polis Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası və ADA Universitetinin tələbələrindən ibarət 5 komanda təmsil olunurdu.

Müsabiqədə Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Zaur Bağırovun təşkilatçılığı ilə 3-cü kursun kursantları Muhəmməd Nəsibli, Süleyman Süleymanov və Məhəmməd Məmmədli iştirak edirdi.

 Müsabiqədə tələbələrin rol-oyunu-simulyasiya və praktiki tapşırıqlar zamanı beynəlxalq Humanitar hüquq normaları barədə bilikləri, eləcə də bu normaları tətbiq etmə bacarıqları qiymətləndirilmişdir. Gərgin mübarizənin sonunda müsabiqənin qalibi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası olmuşdur. Bakı Dövlət Universitetinin komandası 2-ci yeri, ADA Universitetinin komandası isə 3-cü yeri tutmuşdur.

 Bu mərhələ müstəqil hakimlər heyəti tərəfindən qiymətləndirilmişdir.

Hamısını Göstər

Related Articles

Back to top button
Close