Polis günündə şəhid polisin ailəsi ziyarət olunub

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları Polis günü münasibətilə 1-ci Qarabağ müharibəsində şəhid olan Arzu Əliyevin ailəsini ziyarət ediblər.  Ziyarət zamanı şəhidimizin şücaəti və mərdliyi xatırlanıb, A.Əliyev kimi qəhrəman oğullarımızın heç vaxt unudulmayacağı və daim yaddaşlarda yaşayacağı qeyd olunub. 

Qeyd edək ki, Arzu Əliyev 1963-cü ildə Oğuz rayonunun Padar kəndində anadan olub. 1980-ci ildə həmin kəndin orta məktəbini bitirib, Bakı Xüsusi Orta Milis Məktəbində təhsil alıb. Əvvəlcə Sumqayıtda, sonra Şəkidə xidmət edib. 1990-cı ilin dekabrında Şəki daxili işlər şöbəsinin bir qrup əməkdaşı ilə birlikdə düşmən hücumunun qarşısının alınması məqsədilə döyüşlərə qatılıb. Torpaqlarımızın müdafiəsi uğrunda igidlik nümayiş etdirən A.Əliyev qəhrəmancasına şəhid olub.

Hamısını Göstər

Related Articles

Back to top button
Close