Polis “Niva” ilə qaçmağa çalışan qanunsuz ov edənləri saxlayıb

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata
görə, oktyabrın 29-da gecə saat 4 radələrində Beyləqan Rayon Polis Şöbəsinin
əməkdaşları rayonun Örənqala qəsəbəsi ərazisində xidmətdə olarkən “Ağgöl”
qoruğu istiqamətindən torpaq yolla “Niva” markalı avtomobilin gəldiyini görüb
onu saxladaraq özlərini təqdim ediblər. Avtomobilin içərisində olan iki şəxsin
əlində odlu silahın olduğunu görən polis əməkdaşları onlardan avtomobildən
enmələrini tələb etdikdə onlar tabesizlik göstərib qaçmağa çalışıblar. Bu zaman
polis əməkdaşı havaya bir dəfə xəbərdarlıq atəşi açıb. Bundan sonra polis
əməkdaşları həmin şəxsləri saxlayıblar. Onlardan 2 ədəd odlu silah və qanunsuz
ovladıqları 1 ədəd qaban götürülüb.
Polis şöbəsinə gətirilən həmin şəxslərin Ağcabədi rayon sakinləri Arzuman
Mamedov, Anar Quliyev və Aqil Yusifov olmaları müəyyən olunub.
Hazırda Beyləqan Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma
aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button