Polis Qubada şagirdlərlə görüşüb

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 4 nömrəli  tam orta məktəbində “Narkotikə yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Çıxış edən Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Rüstəm Hüseynov müasir dövrümüzdə çox böyük təhlükəyə çevrilərək dünyanı təhdid edən narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Narkotik asılılığının aludəçilərin faciəvi sonluğuna səbəb olduğunu, belə vasitələrdən onların əhatəsində olan insanların da ciddi zərər gördüyünü qeyd edərək bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.

Hamısını Göstər

Related Articles

Back to top button