Polis Şəkidə sərt karantin rejimi ilə əlaqədar reydləri davam etdirir

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, rayonun giriş-çıxışlarında qurulan karantin postlarında polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Operativ və xüsusi nəqliyyat vasitələri, yükdaşıyan avtomobillər və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti  istisna olmaqla digərlərinin rayon mərkəzinə ( kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışı məhdudlaşdırılıb. Həmçinin, şəhər ərazisində polis və Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri reydlər zamanı yaşayış yerini tərk edən vətəndaşlar planşet vasitəsilə yoxlanılır və icazələri olmadan yaşadıqları ünvanları tərk edənlər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Qapalı və açıq məkanlarda, ictimai nəqliyyatda tibbi maskadan istifadəyə, sosial məsafənin qorunmasına nəzarət olunur, obyekt sahiblərinə karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi bildirilir.

Hamısını Göstər

Related Articles

Back to top button