Polşa tank göndərmək üçün bu ölkədən icazə istədi

Polşa rəhbərliyi Almaniya hökumətinə rəsmi olaraq müraciət edərək Ukraynaya “Leopard” tanklarının verilməsinə icazə istəyib.

Polise.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Polşanın Baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşak açıqlayıb.

Nazir, həmçinin Almaniyanı Ukraynanı “Leopard 2” tankları ilə dəstəkləyən ölkələr koalisiyasına qoşulmağa çağırıb: “Bu bizim ümumi işimizdir, çünki məsələ bütün Avropanın təhlükəsizliyindən gedir”.

Qeyd edək ki, Almaniya Kansleri Olaf Şolts daha əvvəl bildirib ki, Almaniya Ukraynaya tank tədarük edilməsi məsələsində tərəfdaşlarla koordinasiyalı şəkildə fəaliyyət göstərir. Yanvarın 20-si Amerikanın Almaniyadakı Ramştayn aviabazasında 50 ölkənin müdafiə nazirləri arasında növbəti görüş keçirilib. Görüşün nəticəsi olaraq, Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, görüş iştirakçıları Ukraynaya Almaniyanın “Leopard 2” tanklarının tədarük edilməsi ilə bağlı qərar verməyiblər.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button