Prezident seçkilərinin təhlükəsizliyini 600 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı təmin edir

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunun təhlükəsizliyini 596,7 min hüquq-mühafizə orqanı əməkdaşı təmin edir.

Polise.az  xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən “CNN Türk” telekanalı məlumat yayıb.

O cümlədən, təhlükəsizliyin təmin edilməsinə 324,4 min polis əməkdaşı, 193,9 min jandarma nümayəndəsi və 2,6 min sahil mühafizəsi cəlb olunub.

Telekanal qeyd edir ki, 73 helikopter, səkkiz təyyarə, 61 pilotsuz uçuş aparatı, 754 su şırnağı və 244 donanma aktivi, əksəriyyəti qayıqlar istifadəyə hazır vəziyyətə gətirilib.

Ölkədəki ümumi vəziyyət Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Fövqəladə Hallar Mərkəzində monitorinq edilir. Ölkənin 81 vilayətindən məlumat daxil olur.

Xatırladaq ki, mayın 14-də keçirilən prezident seçkilərinin ilk turunda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kamal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Seçici fəallığı 88,92 faiz təşkil edib.

İlk turda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu səsvermənin ikinci turunda mübarizəni davam etdirir

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button