Prezidentin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə gedir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin əməkdaşlarının Türkiyə Respublikasına yola düşməsi üçün hazırlıq işləri gedir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ən qısa zamanda qüvvələr qardaş Türkiyə Respublikasına yola düşəcək.

Hamısını Göstər

Related Articles

Back to top button
Close