Putin: “Rusiya Ukraynadakı münaqişəyə son qoymağa çalışır”

Rusiya Ukraynadakı münaqişənin davam etməsini istəmir. Əksinə, 2014-cü ildə ölkədəki xaricdən idarə olunan dövlət çevrilişindən sonra başlayan bu müharibəyə son qoymağa çalışır.

Bunu Rusiya Prezidenti Vladimir Putin cümə axşamı jurnalistlərə bildirib.

O, qeyd edib ki, hər şey 2014-cü ildə ABŞ-nin təhrik etdiyi dövlət çevrilişi ilə başlayıb.

“Məqsəd münaqişənin davam etməsi deyil, əksinə, bu müharibəyə son qoymaqdır. Biz buna çalışırıq və bundan sonra da çalışacağıq. Biz çalışacağıq ki, müharibə mümkün qədər tez başa çatsın. Təbii ki, bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır”, – Putin vurğulayıb.

O, bəyan edib ki, hərbi əməliyyatların intensivləşməsi əsassız itkilərə səbəb ola bilər.

Hamısını Göstər

Related Articles

Back to top button