Putin Rusiyada qismən səfərbərlik elan edib.

Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik elan edib.

Bu barədə TASS məlumat yayıb.Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün səhər saatlarında xalqa müraciətində bildirib.

O, Rusiyanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, təhlükəsizliyini təmin etmək üçün Müdafiə Nazirliyinin qismən səfərbərlik elan olunması ilə bağlı təklifini qəbul etdiyini qeyd edib.

“Təkrar edirəm. Burada söhbət qismən səfərbərlikdən gedir. Yəni ki, hərbi xidmətə ancaq hazırda ehtiyatda olanlar çağırılacaq. İlk növbədə Silahlı Qüvvələrdə xidmət edənlər, xüsusi hərbi ixtisasa malik olanlar çağırılacaq”, – Rusiya Prezidenti vurğulayıb.

Putin qismən səfərbərlik haqqında fərmanı artıq imzaladığını bildirib: Səfərbərlik tədbirləri bu gün başlayacaq. Regionların başçılarına tapşırıram ki, hərbi komissarların işinə bütün lazımi köməyi göstərsinlər. Xüsusi ilə qeyd edirəm ki, hərbi səfərbərliyə çağırılan Rusiya vətəndaşları müqavilə əsasında orduda xidmət edən hərbiçilər kimi ödəniş və bütün sosial təminat statusunu alacaqlar”.

Hamısını Göstər

Related Articles

Back to top button