Putindən Dağlıq Qarabağda yerləşdirilən sülhməramlılarla bağlı FƏRMAN

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda sülhün təmin olunması barədə fərman imzalayıb.

Sənəd rəsmi məlumat portalında yayımlanıb.

Fərmana görə, Rusiya Silahlı Qüvvələrinin 1 960-a qədər hərbi qulluqçusu olan hərbi birləşməsi beş il müddətinə Dağlıq Qarabağa göndərilir.

Müvafiq beş illik müddətin bitməsindən altı ay əvvəl Azərbaycan və Ermənistan əldə olunmuş razılaşmalara əməl olunmasını dayandırmaq niyyətində olduqlarını bildirmədikləri təqdirdə, sonrakı beş illik dövrlər üçün onların qalma müddəti avtomatik uzadılır.

Sülhməramlı kontingent Dağlıq Qarabağ münaqişəsi zonasında, Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdiriləcək.

Rusiya Prezidenti, həmçinin, Müdafiə Nazirliyinə ildə ən azı iki dəfə Qarabağdakı Rusiya sülhməramlılarının rotasiyasını (dəyişdirilməsini), texniki cəhətdən zəruri olduqda hərbi texnikanı dəyişdirməyi tapşırıb.

Federal Təhlükəsizlik Xidmətinə Ermənistan tərəfindən Azərbaycanın qərb bölgələri və Naxçıvan Muxtar Respublikası arasında hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təmin edilməsinə nəzarət olunması tapşırılıb.

Putin, həmçinin, hökumətə göstəriş verib ki, sülhməramlıların fəaliyyətləri ilə bağlı maliyyələşmə təmin olunsun.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button