Qəbələ sakinlərindən müvafiq sənədləri olmayan silahlar götürülüb

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Mirzəbəyli kənd sakinləri- H.Sədullayev, R.İsgəndərov və S.Məmmədovun hərəsindən bir ədəd  müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb. Həmin şəxslər barəsində  toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Hamısını Göstər

Related Articles

Back to top button