Qəbələdə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə ev şəraitində müalicə alan koronavirus xəstəsi Elşad Şıxqəmzəyevin yaşadığı ünvanı qanunsuz tərk etdiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, həmin şəxs idarə etdiyi “Kia” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və sanitar-karantin qaydaları bir daha ona izah edilib. E.Şıxqəmzəyev yaşadığı ünvana geri qaytarılıb və hazırda onun barəsində Qəbələ RPŞ-də araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button
Close