Qərb Putinlə danışıqlara gedir: aclıq “güc gəlir”…

Rusiya Prezidenti Vladimir Putin Ukrayna limanlarını blokadadan çıxarmağı müzakirə etməyə hazırdır.

Bu sözləri İtaliya Baş naziri Mario Draqi deyib.

“Putin mənə dedi ki, limanlar ukraynalıların minalaması səbəbindən bağlıdır. Təbii ki, bu, rus gəmilərinin Ukraynaya hücumunun qarşısını almaq üçün edilib. Bir tərəflə limanların minalardan təmizlənməsi, digər tərəflə isə həmin zaman hücum etməməsi üçün danışıqlar aparmaq vacibdir”, – Draqi bildirib.

Baş nazir bildirib ki, Ukraynanın buna hazır olub-olmadığını bilmək üçün Zelenski ilə danışmaq istəyir.

Draqi Ukrayna limanlarında milyonlarla sentner taxılın tədarük üçün gözlədiyini bildirib.

“Amma Putin mənə dedi ki, bu, ərzaq böhranını həll etməyə kifayət deyil”, – Baş nazir qeyd edib.

Qeyd edək ki, Putin bundan öncə Rusiyaya qarşı siyasi sanksiyaların götürüləcəyi halda Ukrayna limanlarının blokadasını qaldıra biləcəyini açıqlayıb.

Dünyada isə qidalıq buğda böhranı getdikcə dərinləşməkdədir. Əsas buğda ixracatçılarından biri olan Ukraynada müharibə gedir, ölkənin milyon tonlarla məhsulu minalanma səbəbindən limanlardan ayrıla bilmir, Rusiya qidalıq buğdanın ixracına qadağa qoyub, Çin və Hindistan da buğda ixracını məhdudlaşdırıb.

Rusiya bu vəziyyətdən maksimum istifadə etməyə və ixrac qadağasını ləğv etdirməyə çalışır.

Hamısını Göstər

Related Articles

Back to top button