“Qadağaların hamısı ləğv ediləcək” – Naxçıvan MR-in yeni rəhbərindən ilk açıqlama

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına təyin etdiyi səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Real TV-yə müsahibə verib.

O bildirib ki, Prezidentin tapşırıq və tövsiyyələri o qədər geniş mövzuları əhatə edir ki, qısa müddətdə onların hamsını həll etmək olduqca çətindir

“Bunu hər kəs başa düşməlidir. Bu planlar nədən ibarət olacaq? Tapşırıq və tövsiyyələrin hamısının əsasında xalqla yaxından işləmək, bu günə qədər baş vermiş problemləri kökündən həll etmək durur. Bundan sonrakı mərhələlərdə iqtisadi göstəricilərin yaxşılaşdırılmasına çalışacağıq, bununla bağlı planlarımız mövcuddur, hazırda bu istiqamətdə komissiyalar yaradılıb, onlar aktiv şəkildə işləyir. İnşallah biz onların fəaliyyətinin nəticələrini görəcəyik”, – o əlavə edib.

F.Nəcəfli vurğulayıb ki, Naxçıvanda fəaliyyəti zamanı müəyyən çətinliklər olması mümkündür, amma onlara sinə gərmək, mübarizə aparmaq lazımdır: “Mən özüm Naxçıvandanam, bu problemləri dərindən bilirəm. İlk illərdə Naxçıvanın blokdası ciddi çətinliklər yaradırdı, sonra rəhmətlik Ulu Öndərin gördüyü tədbirlər, cənab Prezidentin apardığı siyasət nəticəsində Naxçıvan blokadanı qismən yara bilib. Əhali elektrik enerjisi ilə tam təmin olunub, qazlaşdırma aparılıb, nəqliyyat əlaqələrində blokada isə hələ də mövcuddur. Zəngəzur dəhlizinin açılmasının əhəmiyyəti də bundan ibarətdir. Mən cənab Prezidentlə görüşdə onun qətiyyətini, əzmini gördüm. O qətiyyətlə bildirdi ki, Zəngəzur dəhlizi açılacaq. Bu marşrut həm regional, həm lokal, həm də kontinental şəkildə fəalkiyyət göstərəcək. Bu da Naxçıvanın tamamilə blokadadan çıxarılması deməkdir”.

Səlahiyyətli nümayəndə Naxçıvan Muxtar respublikasının idarə edilməsində səlahiyyətlərin necə bölüşdürülməsi barədə sualı da cavabandırıb. Bildirib ki, Məclis öz yerində qalır, qanunvericilik aktları qəbul ediləcək, müzakirələr olacaq.

“Çox təəssüf ki, Azərbaycan qanunvericiliyi ilə uyğunluq baxımından Naxçıvanda qəbul edilmiş qanunlarda bir sıra nöqsanlar var. Bu da yerdə işlək mexanizmini düzgün tənzimləmir. Bu kimi məsələlərə Məclis baxacaq, çünki onlar Nümayəndəlik ofsinin səlahiyyətindən kənardadır. Məclis yeni qanunvercilik aktları ilə bu məsələləri tənzimləyəcək”, – səlahiyyətli nümayəndə vurğulayıb.

Fuad Nəcəfli Naxçıvan şəhərində gəzinti zamanı ona yaxınlaşan yerli sakinlərin fikirləri, arzuları, gözləntiləri bardə də danışıb. Bildirib ki, o sadə həyat tərzi keçirir: “İstədim, axşam gəzintisi edim, bunu əvvəlcədən planlaşdırmamışdım. Mən xalqın nümayəndələrindən biriyəm, cənab Prezidentimiz də öz həyatında bunu nümunə kimi göstərir. Xalqın istəklərinin yerinə yetirilməsi də ədalətli şəkildə təmin olunacaq”.

O daha sonra Naxçıvanda Talıbovlar dövründə qoyulmuş qadağalar barədə də danışıb. Bildirib ki, əgər qanunun tələbində məhdudiyyətlər varsa, ona qadağa demək düzgün deyil. 

Əgər qanundan kənar, şəxsi, keyfli qadağalar varsa, onların hamısı ləğv olunmalıdır”, – Fuad Nəcəfli vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button