Qan qoxuyan rəqəmlər

Mən hardayam, qadir allah,
İçim zülmət, çölüm zülmət, dardayam.
Ətrafımda yalquzaqlar ulaşır,
Hara qədəm qoyuramsa, ayağım
Ölənlərin qanlarına bulaşır…

Vətən oğlu, iki əsrdən artıqdır ki, Rus imperiyasının ağuşuna atılmış erməni daşnak faşistləri varlığımıza qənim kəsilmişlər. Yaşamaq haqqımızı belə əlimiz­dən almışlar. Bizi-Azərbaycan türklərini erməni-daşnak faşizmi­nin erməni adıyla ifadə olunan, erməni barbarlığının, erməni van­dalizminin, erməni vəhşətinin gü­nahsız quıbanlarına çevrilmişlər. Rus imperiyasının himayəsi və havadarlığı altında misli görün­məmiş qəddarlıqla etnik təmizlə­mə siyasəti aparır, qətl törədir, ulu əcdadlarımızın min illər boyu uyuduqları tarixi torpaqlarımızı iş­ğal edirlər. Azərbaycan türklərinə qarşı yeridilən soyqırım siyasəti­nin tarixi əsrləri əhatə ədir. Bəd­nam, dənizdən-dənizə erməni dövləti qurmaq arzularını həyata keçirirlər. Utopik, uydurma “Bö­yük Ermənistan’ xülyasını mərhə­lə-mərhələ gerçəkləşdirirlər. On­lar bu gün də Azərbaycan torpaq­larını qəsb etmək, etnik təmizlə­mə və qətliam siyasətlərini da­vam etdirməkdən əl çəkmirlər.

Neçə illərdi ki, Vətənimizin dö­yünən ürəyi olan Qarabağ tor­paqlarını işğal altında saxlayırlar. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazisində başqa ölkələrdən köçürdülmüş ermənilər məskunlaşdırılıb. Bu gün minlərlə vətəndaşımız Azərbaycan xalqının milli fa­ciəsinin daşıyıcısı-dünya tarixində analoqu olmayan erməni- daşnaq faşizminin XX əsrdə hə­yata keçirdiyi azərbaycanlıların əzəli torpaqlarından qovulması, etnik təmizləmə və soyqrımı siya­sətinin qurbanına çevrilməyə mə­ruz qalmışdır. Bəşər sivilizasiya­sında insanların kütləvi qətliamı ilə tarixə yazılan soyqırım çox olub. Xatın, Xirosima, Naqasaki, Uqanda… Amma onların içərisin­də Xocalı soyqırımı dəhşəti və qəddarlığı ilə fərqlənir. Öz miqya­sına və dəhşətlərinə görə tarixdə analoqu olmayan Xocalı soyqırı­mını törətməkdə erməni şovinist­ləri qəddarlıqda heç də faşistlər­dən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Yaxın tariximizin faciəli səhifələrindən biri Xocalı soyqırımı xalqımızın qan yaddaşı­na əbədi həkk olmuşdur. Çox tə­əssüflər olsun ki, Xocalı şəhəri tarixə Xocalı faciəsi kimi düşdü. Bu hadisə XX əsrin ən dəhşətli faciələrindəndir. Görünməmiş növ­bənöv amansızlıq, qəddarlıq və qətl faktları, öz miqyası və üsulla­rı ilə Xocalıda törədilən faciə dün­yada və tarix qarşısında bir daha ermənilərin xislətini bütün aydınlı­ğı ilə ortaya qoydu. Xocalı faciəsi dünyanın qətl və qəddarlıq simvo­ludur. Bu il dəhşətli gecədən 25 il keçir. Bütün Azərbaycan xalqı bu faciəni ürək ağrısıyla öz qəlbində yaşadır. Hər bir azərbaycanlının qəlbində bu faciə XX əsrin faciə­sinə çevrilib. ABŞ-ın “The Middle- town Press qəzeti: II Lünya müharibəsindən sonra Xocalı soyqırımını Avropada ən ağır cinayət hesab etmək olar. Çünki XX əsrdə Xo­calı üç dəfə-1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərə­findən yandırılıb.

1992-ci ilin fevralına kimi Xocalıda 7 min əhali ya­şayırdı. Neçə aylarla er­mənilərin həmlələrinə, hücumla­rına mərdliklə dözmüşdü. Sabiq SSRİ Silahlı Qüvvələrinin 366-cı alaylarının müdaxiləsi olmasaydı ermənilər bu miqyasda hücuma cəsarətlənməzdi, belə bir faciə törədə bilməzdi. Erməni yaraqlıları xocalılara Xankəndi şəhərin­də yerləşdirilmiş sovet silahlı qüvvələrinin 366-cı motoatıcı ala­yının köməkliyi ilə divan tutmuş­lar. Bu alay 4-cü ordunun 23-cü diviziyasının tərkibinə daxil idi, 1985-ci ildə Gəncədən Xankəndi­nə köçürülmüşdür. Ştat cədvəlində 1800 qulluqçu nəzərdə tu­tulsa da, 1992-ci ilin fevralına bu­rada 630 nəfər, o cümlədən 129 zabit və gizir (49 nəfər erməni idi) vardı. 1991-ci ilin yazında alaya podpolkovnik Yuri Zarviqorov tə­yin edilmişdi (Bu faktlar Azərbay­can Respublikası Müdafiə Nazir­liyi Mətbuat xidmətinin məlumat­larına əsasən götürülüb). Erməni silahlı dəstələrinin Xocalıya hü­cumu şəhərin mühüm strateji əhəmiyyət kəsb edən coğrafi mövqeyi şərtləndirildi. 7 min nə­fər əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qara­bağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran-Xankəndi yolları­nın üstündə yerləşir. Xocalı əhali­nin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalı faciəsi təsadüfi hadisə deyildi. Azər­baycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin et­nik təmizləmə, soyqırımı siyasəti­nə məruz qalmışdır. Soydaşları­mız tarixi torpaqlarından didər­gin salınmış, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bun­lar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistan­dan 150 min azərbaycanlı depor­tasiya olunararaq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdiril­mişdir. 1988-ci ildə isə öz tarixi torpaqlannda yaşayan 250 min azərbaycanlı doğma ata-baba yurdlanndan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir.

Olmuşlara illər sonra baxdıq­da görürük ki, şəhər dörd tərəf­dən əhatələndikdən sonra artille­riya və ağır texnikalardan davam­lı güclü atəş açılıb. Az sonra ermənilər qəfil hücuma keçib. Mü­dafiənin mümkünsüzlüyünü du­yan əhali evlərini tərk etməyə məcbur olub. Səhər saat 6 radələrində şəhər işğal olunub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cəmi bir neçə saat ərzində 613 nəfərin, o cümlədən 106 qa­dının, 63 uşağın, 70 qocanın həyatına son qoyublar. 8 ailə ta­mamilə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq valideyinin birini itirib. 487 nəfər şi­kəst olmuş, 1275 nəfər girov gö­türülmüşdür. Ermənilərin əlindən salamat qurtaranların çoxusu so­yuqdan donub. Xocalıda 1275 qoca, uşaq, qadın əsir götürülmüş­dü. Onların xeyli hissəsi geri qay­tarıldı, əsirlərlə dəyişdirildi. Am­ma məlumatlarda bildirilir ki, on­lardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımdı. Bu soyqırımda həlak olanlar xalqımı­zın milli azadlıqları yolunda apar­dıqları mübarizənin qurbanları, şəhidləridir. Erməni hərbiçiləri amansızcasına öldürdükləri in­sanların başlarının dərisini soy­muş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxar­mış, hamilə qadınların qarınlarını yarmış, dinc sakinləri diri-diri tor­pağa basdırmış və yandırmışlar. Meyitlər üzərində insanlığa xas olmayan təhqiramiz hərəkətlər edilmişdir. Azərbaycan xalqına qarşı misli görünməmiş, tükürpədici bu soyqırımı, kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarlarınm Azərbaycan dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqı­na deyil, bütün insanlığa qarşı iri­miqyaslı cinayət idi. Onlar xalqımza qarşı sözün əsl mənasında genosid planını həyata keçirdilər. (Qədim Yunan dilində olan “ge- nos”-nəsil, kök, soy mənasını ve­rən sözlə, latın dilində “öldürürəm” mənasını “caedo” sözlərinin birləşməsi nəticəsində yaranan və beynəlxalq hüquqda istifadə edilən “genosid” termini-Azərbaycan dilində “soyqırım” məna­sını verir) aktını törətmişlər. Xo­calı soyqırımı zamanı yüzlərlə soydaşlarımızın həyatına son qo­yuldu. Bütöv bir şəhər məhv edil­di. Günahsız insanlar ağır işgən­cələrə məruz qalaraq isti ocaqla­rından didərgin düşdülər. Azərbaycanın əzəli torpaqları düşmən tapdağı altında qaldı. Amma fa­ciənin acı fəsadları bununla bit­mədi: Xocalı soyqırımı Xocalıdan sonrakı xocalıların da taleyini dəyişdi, onların yaddaşı kimi sonrakı həyatlarında da dərin iz­lər buraxdı. Xocalı adlı vətən dər­di dünyaya göz açan körpələrin köksündə közü ilə bərabər boy at­dı.

Bu gün Qarabağı geri qaytar­maq Azərbaycan varlığını, onun ərazi bütövlüyünü, torpaqlarımı­zın toxunulmazlığını bərpa et­mək, Azərbaycan dövlətçiliyinə əbədiyyət qazandırmaq, Azər­baycanda separatizmin kökünü kəsmək haqqımızı kimsə əlimiz­dən ala bilməz. “Qarabağsız Azərbaycan yoxdur!” deyənlər haqq yolundadır. Sarsılmaz Azər­baycan dövlətçiliyinin keşiyində­dirlər. Qarabağ uğrunda mübari­zəmiz öz həllini tapmayınca mə­nəvi yaralarımızın sağalacağın­dan, fiziki şikəstliyimizin aradan qalxacağından hər hansı bir şə­kildə danışmaq olmaz. Nə qədər erməni-daşnaq faşizmi var, onun ideyalarını yaradanlar mövcud­dur, nə dinclik, nə sülh bizə qis­mət olmayacaqdır.

VƏTƏN OĞLU, Qarabağ bu gün bizim üçün Tanrı sınağı, qey­rət rəmzidir. Qarabağ bizim ya­şam pasportumuzdur. Qarabağsız Azərbaycan ruhsuz candır. Bu gün Qarabağ milli qeyrət, milli mənlik, milli özünüdərk, olum- ölüm yolu, gələcək nəsillər qarşı­sında məsuliyyət hissi deməkdir. Qarabağı unutsan, bu gününlə, sabahınla, varlığınla, həyatınla vi­dalaşmalı olacaqsan. Bu gün sə­ni məhv etməyi, varlığını tarix səhnəsindən silməyi qarşısına məqsəd qoymuş erməni-daşnaq faşizmi ilə üz-üzəsən. Qarabağ uğrunda mübarizə aparmalısan. Bu mübarizə sənin yaşamaq haq­qın, həyat sevincindir. Qan yad­daşını oyat! Tarixdən ibrət dərsi götürməyənləri tarix özü cəzalandırır!

Aynur Turan

Mənbə
Türküstan
Hamısını Göstər

Related Articles

Back to top button
Close