Qara dəniz uğrunda savaş: Rusiya israr edir!

Rusiya Balkan yarımadası və Yaxın Şərqdəki strategiyasına görə Qara dənizə böyük əhəmiyyət verir. Radar sistemləri Qara dənizi əhatə edən Rusiya üçün ən böyük təhdid Rumıniyanın “Aegis Aşor” raketdən müdafiə sistemidir.

Bunu Türkiyənin “Yeni Akit” nəşrinin köşə yazarı Çetin Çetinər qeyd edib.

“Digər tərəfdən, Rusiyanın Türkiyənin sahib olduğu S-400 hava müdafiə sistemlərini öz məqsədləri üçün istifadə etməsi ehtimalı isə NATO-nun ən böyük narahatlığıdır. Belə ki, NATO Türkiyənin S-400-ləri Qara dənizdə tətbiqindən, Moskvanın bu sistemi öz maraqları üçün istifadə edə biləcəyindən narahatdır”, – o bildirib.

Yazar əlavə edib ki, Gürcüstan və Ukraynadan başqa Qara dənizə çıxışı olan bütün ölkələrin alyans üzvü olması Moskva üçün böyük problem yaradır. Digər tərəfdən Rusiya Qara dənizin NATO dənizinə çevrilməsinə icazə verməməkdə də israrlı görünür”, – deyə Çetinər bildirib.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close