Qaxda qaydaları pozan 15 sürücü barəsində tədbir görülüb

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi,  baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, növbəti tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən sürücülər aşkarlanıb. Onların hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat verilib və ümumilikdə 15  sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button
Close