Qayıdış Konsepsiyası Qərbi azərbaycanlıların doğma torpaqlarına sülh yolu ilə qayıtmaq istəklərini bildirir


Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyinin Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayımlaması siyasi və hüquqi baxımdan çox əhəmiyyətli məqamları özündə ehtiva edir. Əvvəlcə onu qeyd etmək vacibdir ki, həmin sənədin yayımlanması Qərbi Azərbaycan İcmasının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir və artıq bu icmaya istinad ediləcək. Qayıdış Konsepsiyasının BMT emblemi və Təhlükəsizlik Şurası adı altında paylaşılması da konsepsiyanı beynəlxalq münasibətlər sisteminə daxil olan bir sənəd kimi xarakterizə edir. Sənədin BMT rəsmi saytında yayımlanması, həmçinin onun rəsmi və etibarlı olmasına, müxtəlif məqamlarda istinad edilməsinə səbəb olacaqdır. Sənəd BMT-nin bütün rəsmi dillərində – İngilis, Fransız, İspan, Rus, Çin, Ərəb dillərində yayımlanıb.

Bu sözləri Polise.az-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O qeyd edib ki, Qayıdış Konsepsiyasının xüsusi və vacib başlıqlar altında yayımlanmasına da diqqət çəkilməlidir. Bu başlıqlar arasında “Silahlı münaqişənin qarşısının alınması”, “Qaçqınlar, qaçqınlarla bağlı suallar, geri qayıdanlar, köçkünlər və humanitar məsələlər”, “Sülh quruculuğu və sülhün qorunması”, “İrqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın aradan qaldırılması”, “İnsan hüquqlarının təşviqi və müdafiəsi”, “Beynəlxalq hüquqa zidd hərəkətlərə görə dövlətlərin məsuliyyəti”, “İnsanlığa qarşı cinayətlər”, “Soyqırımı, müharibə cinayətləri, etnik təmizləmə və cinayətlər” və digərlərini qeyd etmək olar. Bu bəndlərin hər biri üzrə Ermənistanın hüquqi məsuliyyəti yaranmalıdır. Çünki ötən dövr ərzində Ermənistan Azərbaycana qarşı yürütdüyü və törədiyi hadisələrin tərkibində beynəlxalq hüquqa zidd onlara belə müddəalar vardır.

C.Hüseynzadənin sözlərinə görə, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiyanın dünya ictimaiyyətinə çatdırılması vacibdir. Dünya ictimaiyyəti, eyni zamanda, məlumatlı olmalıdır ki, yüz minlərlə azərbaycanlı öz ata-baba yurdundan qovulub. Hər bir Qərbi azərbaycanlının əlində bu faktları təsdiq edən bir neçə rəsmi sənədlər vardır. Doğum şəhadətnaməsi, orta və ali təhsili bitirmə haqqında və mülki (ev, torpaq və s.) sənədləri məhz yüz minlərlə azərbaycanlının Ermənistan ərazində anadan olduğunu və uzun müddət yaşadığını təsdiqləyir. Bütün beynəlxalq konvensiya və prinsiplərlə təsdiq olunmuş yaşamaq hüququnun pozulması faktının ardan qaldırılması vaxtı çatıb. Ermənistan məhz azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb.

“Bu Konsepsiya, eyni zamanda, dünya ictimaiyyətinə Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtması istəklərini bildirir. Qərbi Azərbaycan icmasının məhz bu istiqamətdə davamlı addımlar atacağını bəyan edir. Yayımlanan sənəddə İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivə öz əksini tapıb. Tarixi ədalət, beynəlxalq hüquq və digər vacib mexanizmlərə əsaslanan konsepsiya, eyni zamanda, sülhün və birgəyaşayışın vacibliyini dünya ictimaiyyətinə çatdırır və Azərbaycanlıların öz doğma yurdlarına qayırmaq üçün israrlı olduğunu göstərir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button