Qazaxda narkotik satan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “polise.az“a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli bilinən rayon sakini Rüfət Rəsulov saxlanılaraq RPŞ-yə gətirilmiş və onun üzərinə baxış keçirilən zaman 0.092 qram kustar üsulla hazırlanmış, narkotik maddə hesab edilən “metamfetamin” aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni həmyerlisi, əvvəllər məhkum olunmuş Şükür Məmmədovdan aldığını bildirib.

Davam etdirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Şükür Məmmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib və orada onun üzərinə baxış keçirilən zaman ona məxsus siqaret qutusunun içindən 0.313 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.

Bundan başqa istintaq tədbirləri zamanı Ş. Məmmədovun avqustun 29-u səhər saatlarında Qazax rayonundan Bakı şəhərinə gedərkən Göygöl rayonu ərazisində yerləşən yanacaq doldurma məntəqələrindən birinə  daxil olaraq oradan 300 manat dəyərində mobil telefon və 500 manat nəğd pul oğurlaması da məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button
Close