QHT Agentliyi BMT-nin Qadınlar təşkilatı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə BMT-nin Cenevrə ofisi Qadınlar təşkilatının görüşü olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda qadınların ictimai həyatda fəallığından danışan Agentliyin icraçı direktoru Aygün Əliyeva Agentliyin bu çərçivədə elan etdiyi qrant müsabiqələri barədə məlumat verib. O bildirib ki, Agentlik mütəmadi olaraq qadın hüquqlarının qorunması ilə bağlı maarifləndirmə, müharibədən əziyyət çəkən qadınlara və uşaqlara sosial-psixoloji dəstəyin göstərilməsi, erkən nikahların qarşısının alınması, gender bərabərliyinin qorunması, zorakılıqla, qızların təhsildən yayınması halları ilə mübarizə istiqamətində təşəbbüslər və digər aidiyyəti mövzular üzrə maliyyə yardımı ayırır.

Daha sonra Aygün Əliyeva Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci bəndi olan gender bərabərliyinin qorunması istiqamətində BMT-nin Qadınlar təşkilatı ilə əməkdaşlıq perspektivlərinə toxunub.

Öz növbəsində, qonaqları salamlayan BMT-nin Cenevrə ofisi Qadınlar təşkilatının sədr müavini Adriana Giraldo Agentliyin təşəbbüslərini dəstəklədiyini və eyni zamanda, qurumun təsisatlarının bu qeyd olunan istiqamətlər üzrə Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının artırılmasının mühüm olduğunu qeyd edib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button