Qubada silsilə əməliyyat: saxlanılanlar var

Quba  Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakini Samir İslamov, eləcə də  Xaçmaz rayon sakinləri Məhsim Şəfiyev, Bəxtiyar Bağırov və Tofiq Zeynalov  saxlanılıblar.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin ayrı-ayrılıqda  qrup halında Quba rayonu ərazisində müxtəlif obyektlərdən mis naqillər, tikinti texnikalarına aid ehtiyyat hissələr, 630 manat dəyərində elektrik dirəklərinin dəmir konstruksiyalarını və kişi ayaqqabıları oğurladıqları müəyyən edilib.

 Faktlarla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close