Rəcəb Tayyib Ərdoğan: “Noyabrın 20-dək Qazaxın kəndləri Azərbaycana qaytarılacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağla əlaqədar bağlanmış razılaşmadan bəhs edib.

“Haber Global” məlumat verir ki, bu barədə Türkiyə başçısı partiyasının iclasında bildirib:

“Razılaşmaya əsasən Azərbaycanın, Qarabağın ələ keçirilməyən qalan bütün əraziləri də Azərbaycana qaytarılacaq.

Ermənistan razılaşmaya görə, Kəlbəcəri 15 noyabra, Ağdamı və Qazaxın bölgələrini 20 noyabra, Laçını isə 1 dekabra qədər Azərbaycana təslim edəcək.

Azərbaycan və Naxçıvan arasında əlaqə yaradılacaq və bu məqsədlə yol inşa ediləcək.

Eyni şəkildə Ermənistan və Xankəndi arasında da əlaqə üçün koridor açılacaq.

İşğal müddətində evlərindən didərgin düşən azərbaycanlılar BMT-nin nəzarəti altında evlərinə qayıdacaqlar”.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button