Rəhim Qazıyevin xəsarət alması ilə bağlı cinayət işi başlanılıb

Bu gün naməlum şəxs sabiq Müdafiə naziri Rəhim Qazıyevə xəsarət yetirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, R.Qazıyevin xəsarət alması ilə nəticələnən faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində cinayət işi başlanılıb:

“Bu barədə  faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var. Hazırda araşdırmalar davam etdirilir”.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close