Ramazanda karantin sərtləşdiriləcək?

“Karantinin sərtləşdirilməsi ilə bağlı əvvəldən proqnoz vermək düzgün deyil. Çünki bugünkü yoluxma sayı sabah arta və ya azala bilər”.

Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin nəzdində COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə deyib. O, hansısa qadağalar qoyulmaması üçün vətəndaşları karantin qaydalarına əməl etməyə səsləyib.

“Bütün dünyada virusa yoluxma halları müşahidə edilir. Azərbaycanda da son bir ayda rəqəmlərin sayında artım baş verir. Həm fəsil dəyişkənliyi, həm də insanların havaya aldanması səbəbindən yoluxma sayında artım baş verə bilir. Çünki virus zəifləmiş immun sistemini sevir. Hər hansı soyuqdəymə isə koronavirusa yoluxmağımıza asanlıqla şərait yaradır”.

G.Quluzadə onu da qeyd edib ki, zəncirvarı ailədaxili yoluxmaların sayı artmaqda davam edir.

Hamısını Göstər

Related Articles

Back to top button
Close