Ramiz Mehdiyev yaxın qohumlarını yüksək vəzifələrə yerləşdirib

Ramiz Mehdiyev yaxın qohumlarını diplomatik xidmətdə yüksək vəzifələrə yerləşdirib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın Cenevrədəki BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Vaqif Sadıqovun təqdimatı ilə Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin xalası oğlu Seymur Mərdəliyev Nümayəndəlikdə müşavir vəzifəsinə təyin olunub.

Amma bu da hamısı deyil. İnformasiyaya əsasən, Vaqif Sadıqovun digər təqdimatı ilə Seymur Mərdəliyevin xanımı Mərziyyə Mərdəliyeva həmin Nümayəndəlikdə 1-ci katib vəzifəsinə gətirilib.

Haqqında danışılan bu təyinatlar Elmar Məmmədyarovun xarici işlər naziri postundan uzaqlaşdırılmasından əvvəl baş tutub. Vaqif Sadıqovun bu təqdimatları məhz Ramiz Mehdiyevin istəyi əsasında verdiyi bildirilir.

Qeyd edək ki, Ramiz Mehdiyevin kadrı kimi tanınan və buna qədər Azərbaycanın İtaliyadakı səfiri postunu tutan Vaqif Sadıqov o dövrdə səfirliyin büdcəsi ilə bağlı maliyyə qalmaqalına səbəb olmaqla da gündəmə gəlmişdi.

Mənbə
yenicag.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button