Ramiz Mehdiyevlə bağlı hazırlıq başladı

Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən uzaqlaşdırılmasına hazırlıq başlayıb.

Xəbər verilir ki, bu məlumatı musavat.com yayıb. Xəbərdə deyilir ki, istisna edilmir ki, Ramiz Mehdiyev Siyavuş Novruzovun yolunu gedərək vəzifəsindən özü istefa versin.

“Belə görünür ki, iqtidar Mehdiyev səhifəsini tamamən və rəsmən qapadır. PA rəhbəri vəzifəsindən çıxarıldıqdan sonra da onun proseslərə təsir imkanının qaldığı, hakimiyyətə qarşı bəzi sabotajçı hərəkətlərə yol verməsi, təxribatlara qol qoyması və s. iddialar vardı. Toyda Abel Məhərrəmovun məlum tostu – Mehdiyevi inkişafın, ölkədə gedən pozitiv proseslərin müəllifi elan etməsi bir daha göstərdi ki, revanşçılar akademiki  özlərinin lideri, ağsaqqalı sayıblar və sayırlar…

Nəzərə çatdıraq ki, Prezident İlham Əliyev son çıxışlarında dəfələrlə məmurlara xəbərdarlıq edib və “Heç kimin keçmişdəki və indiki xidməti, titulu, vəzifəsi nəzərə alınmayacaq. Kim qanunları pozarsa, dərhal cəzalandırılacaq. Dözülməz hallara qarşı mübarizə davam edəcək” bəyanatından sonra məlum davranışı sərgiləyənlərin qətiyyən bağışlanmayacağı dəqiqdir”.

Mənbə
yenisabah.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close