“Rövşən Lənkəranski”nin qardaşının 4 adamı “Lotu Quli”nin qətlinə görə tutuldu

Son məlumatlara görə, Türkiyədə “Lotu Quli”nin qətlinə görə bu gün polisin eyni vaxtda dörd bölgədə həyata keçirdiyi əməliyyat zamanı saxlanılanlar “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin adamlarıdır. Onların hamısının xarici ölkə vətəndaşları olduqları bildirilir.

Polis saxlanılan şübhəlilərin ötən ilin avqustunda “Lotu Quli”nin öldürülməsinin ardınca cinayətin törədildiyi oteldən necə qaçdıqlarına dair görüntüləri də onların yaxalanmasının görüntüləri ilə birlikdə mətbuata təqdim edib. Namiq Canıyevin yaxalanması üçün əməliyyatın isə davam etdiyi bildirilir.

Türkiyə KİV-ləri xatırladır ki, “Lotu Quli” 2018-ci ilin avqustunda İstanbulda “Rövşən Lənkəranski”nin güllələnməsinin sifarişçisi hesab edilirdi.

***

Türkiyə polisi bu gün “Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun qətli ilə bağlantısı olan cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib. Türkiyə KİV-lərinə istinadən xəbər verilir ki, eyni vaxtda dörd bölgədə keçirilən xüsusi əməliyyat zamanı dörd şübhəli saxlanılıb.

“Lotu Quli” ötən ilin avqustunda Antalyadakı otellərdən birində yaxın ətrafına daxil olan “Xan Bakinski” (Xaqan Əhmədov) tərəfindən güllələnib. Cinayət yerindən qaçsa da polislər onu yaxalayıb və hazırda həbsdədir. Lakin qətlin sifarişçisinin kim olduğu hələlik təsbit edilməyib. Əsas versiya qətlin “Rövşən Lənkəranski”nin klanı tərəfindən sifariş və təşkil edilməsidir.

Bildirilir ki, əməliyyat İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçriilib. Polisə “Lotu Quli”nin qətli ilə bağlantılı olan cinayətkar şəbəkə barədə əməliyyat məlumatı daxil olub. Şəbəkəni izləyən polislər şübhəlililəri yaxalamaq üçün dörd vilayətdə eyni zamanda əməliyyata başlayıblar. Əməliyyat İstanbuldan başlayıb, Ərzurum, İzmir və Kocaelidə davam edib. Həmin qruplaşmanın liderinin N.C. adlı şəxs olduğu bildirilir, polis əməliyyatı nəticəsində saxlanılanlar isə N.A., C.K., E.A. və M.Y. adlı şəxslərdir. Əməliyyat anları polis kameraları tərəfindən qeydə alınıb.

Mənbə
virtualaz.info
Hamısını Göstər

Related Articles

Back to top button
Close