Rusiya Avropa İttifaqına meydan oxudu

Xəbər verdiyimiz kimi, Qazın böyük ölçüdə kəsilməsi ilə qışa dərin enerji böhranı kölgəsində girən Avropa həftələrdir gözlənilən qərarı açıqlayıb. Avropa İttifaqına üzv 27 ölkə Rusiyadan dəniz yolu ilə daşınan neftə 60 dollar yuxarı qiymət həddi tətbiq etmək barədə razılığa gəlib.

Bununla da Aİ Rusiya iqtisadiyyatına daha bir zərbə vurub.

Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələrlə yanaşı, Almaniya, ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Yaponiya, Kanadadan ibarət olan G7 ölkələri və Avstraliya da dəniz yolu ilə daşınan Rusiya xam neftinin barelinə 60 dollar qiymət tətbiq etməyə razılaşıb.

Rəsmi açıqlamalarda qeyd olunub ki, qiymət həddi tətbiq etmək qərarı Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən qazanc əldə etməməsi üçün verilib. Yuxarı qiymət tətbiqi ilə Rusiyanın neft satışından əldə etdiyi gəlirin azalacağı və qlobal neft qiymətlərində ani artımın qarşısının alınacağı gözlənir.

Bu qərara reaksiya verən Kreml Aİ-yə rəsmən meydan oxuyub.

Qiymət həddi tətbiqini tanımayacağını bəyan edən rəsmi Moskva bu siyasətin qlobal enerji bazarında sabitliyi pozacağını bildirib.

Kreml bu qərarın Rusiyanın Ukraynadakı hərbi əməliyyatları davam etdirmək imkanlarına təsir etməyəcəyini də vurğulayıb.

Sözügedən qərar Ukraynadan da reaksiyasıya gəlib.

Neft sanksiyalarını qeyri-kafi hesab edən Ukrayna “Putini müharibədən çəkindirmək üçün Rusiya neftinin yuxarı qiymət həddi 60 deyil, 30 dollar olmalı idi” deyə bəyanat verib.

Hamısını Göstər

Related Articles

Back to top button