Rusiya İranın “xəcalətindən” necə çıxır?

Rusiya Ukrayna müharibəsində ona “yaxşılıq edən” İranın xəcalətindən belə çıxır

“Putinə qarşı müxalif qüvvələri vəhşicəsinə əzməkdə illərin təcrübəsinə malik olan Rusiya ona dron göndərən İrana etirazları necə basdırmağı öyrədir”.

Bu barədə Ağ Evin xəbərdarlığında bildirilib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, Tehran nümayişləri yatırmaq üçün Moskvadan təcrübə alır.

“Hicab taxmaqdan imtina etdiyinə görə polis nəzarətində döyülərək öldürülən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra İran boyu küçələrə axışan kütlə rejimin istefasını tələb edir. Rusiya İrana etirazçıları sıxışdırmaq üçün təlim keçməyə kömək etmək imkanlarını nəzərdən keçirir. Biz buna dair işarələr görürük. Bu, Tehranın Ukraynaya qarşı istifadə etmək üçün Moskvaya PUA satmağa başlamasından sonra Rusiya və İran arasında artan ittifaqın son əlamətidir” – Kirbi deyib.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer də Rusiyanın İrana yardım göstərəcəyindən rahatlığını ifadə edib:

“Biz narahatıq ki, Moskva ən yaxşı təcrübələrini Tehranla bölüşə verə bilər. İran və Rusiya Qərb tərəfindən təcrid olunduqca bir-birinə yaxınlaşır. Bizim İrana mesajımız çox aydındır: xalqınızı öldürməyi dayandırın və ukraynalıları öldürmək üçün Rusiyaya silah göndərməyin”.

Hamısını Göstər

Related Articles

Back to top button