Rusiya Lukaşenkonu aradan götürməyə hazırlaşır?

“Kreml Belarus ordusunun Ukraynaya qarşı müharibəyə cəlb edilməsi üçün radikal variant planlaşdırıb. Rusiya xüsusilə də Belarus Prezidenti Aleksandr Lukaşenkonu aradan götürmək və onun ordusuna nəzarəti ələ keçirmək barədə düşünür”.

Bu barədə Robert Lansinq İnstitutunun (Robert Lansing Institute, RLI) analitikləri bildiriblər.

Onların sözlərinə görə, Rusiya hərbi rəhbərliyindəki mənbələr Kremlin artıq Lukaşenkonu aradan götürmək barədə qərar qəbul etdiyini təsdiqləyiblər. Kreml, sui-qəsd cəhdi uğursuz olsa belə, Lukaşenkonun qətlində “NATO kəşfiyyatının rəhbərliyi ilə Ukrayna və Polşanın iştirakı”nın olmasına dair uydurma sübutlar təqdim etməyi planlaşdırır. Bu vəziyyət formal olaraq Belarus qoşunlarının Ukraynaya qarşı müharibədə gələcək iştirakına səbəbiyyət verəcək.

Qeyd olunur ki, Rusiya Federasiyasının hərbi kəşfiyyatı yaxın günlərdə Belarus Prezidenti Aleksandr Lukaşenkonun həyatına sui-qəsd və ya bu qəsdin imitasiyası ilə bağlı ssenari hazırlamağa cəhd edə bilər. Bu əməliyyatın məqsədi Belarus liderini qorxutmaq, onu Rusiya tərəfində müharibəyə qoşulmaq əmrini verməyə verməyə sövq etməkdir.

İddialara görə, Baş Kəşfiyyat İdarəsi artıq əməliyyat zamanı Lukaşenkonun öldürülməsi ssenarisi üzərində işləyir.

Ehtimal edilir ki, bu halda onun kürsüsünə KTMT-nin hazırkı baş katibi Stanislav Zas oturacaq. Çerniqov vilayətindən olan Zas Rusiya Federasiyasına tamamilə sadiqliyi ilə tanınır.

Analitiklərin fikrincə, istisna deyil ki, Rusiya iki ordunu vahid komandanlıq altında birləşdirmək istəyir. Bu zaman Lukaşenko ölkə üzərində idarəçilik imkanını itirəcək. Hazırda böyük risk var ki, Lukaşenko postunu itirəcək və onun yerinə Zas keçəcək.

“Rusiya Lukaşenkonu müharibəyə sövq etmək üçün böyük ehtimal, Belarusda silahlı təxribatlar törədəcək. Lakin hakimiyyəti itirmək qorxusu onun bu addımı atmasında əsas maneə olaraq qalacaq. Moskvadakı mənbələrin son məlumatları institutun analitiklərinin Aleksandr Lukaşenko ilə bağlı dramatik ssenariyə dair əvvəlki proqnozlarını təsdiqləyir”, – deyə analitiklər vurğulayıblar.

Hamısını Göstər

Related Articles

Back to top button