“Rusiya MN sülhməramlılara ermənilərin tərksilah edilməsi əmrini niyə vermir?”

Nə qədər ki, Rusiyanın Azərbaycanın Qarabağ regionunda hərbi mövcudluğu (hətta müvəqqəti olsa da) davam edir, Azərbaycan cəmiyyətinin Rusiyaya, Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və onun sülhməramlı kontingentinə ünvanlanan sualları artır.

Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında yayımlanan yeni təhlilində qeyd olunub.

Təhlildə layihə müəllifləri Rusiya Müdafiə Nazirliyi tərəfindən sülhməramlılara hələ də Qarabağdakı erməni birləşmələrinin tərksilah edilməsi barədə əmrin verilməməsinə xüsusilə diqqət çəkilib.

“Caliber” həmçinin maraqlı bir faktı ortaya çıxarıb:

“Rusiya MN-də hesab edirlər ki, Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ regionunda deyil, “Dağlıq Qarabağ Respublikasında” dislokasiya olunub. Düşünürsünüz ki, mübaliğə edirəm? Əsla. Caliber.Az redaksiyasının sərəncamına satınalmalar üzrə vahid informasiya sisteminin saytından bir sənəd keçib. Bu sənədə əsasən, cari ilin avqustun 13-də Rusiya Müdafiə Nazirliyi “Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fonduna kompleks qulluğun təşkili və aparılması xidmətlərinin göstərilməsi”nə ərizə təqdim edib”.

Ətraflı videoda:

Hamısını Göstər

Related Articles

Back to top button
Close