Rusiya sülhməramlılarının polkovnikindən Qarabağla bağlı açıqlama

Dağlıq Qarabağda yeni atəşkəs pozuntuları və təxribatlar qeydə alınmayıb.

“RİA Novosti”nin məlumatına görə, bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti mərkəzinin müavini, polkovnik Dmitri Perepelkin açıqlayıb.

“Sülhməramlıların əməliyyat zonasında vəziyyət sakitdir. Atəşkəs pozuntuları və ya təxribat qeydə alınmayıb. Vəziyyət gecə-gündüz izlənilir”, – deyə o bildirib.

Polkovnik əlavə edib ki, Rusiya Federasiyası sülhməramlıları Dağlıq Qarabağdakı təmas xəttində atəşkəs və döyüş əməliyyatları barədə razılaşmaların icrasını izləməyə davam edir.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close