Rusiya və Türkiyə: davamlı ittifaq, yoxsa rəqib dostlar?

Rus-türk tandemi haqda güclü və davamlı bir ittifaq kimi danışmağa ehtiyac yoxdur. Hər şeydən öncə başa düşmək lazımdır ki, bu, bir çox hərəkətlər və baxışlar baxımından müəyyən bir oxşarlığı olan iki dövlətin liderləri – Putin və Ərdoğanın şəxsi münasibətlərinə söykənir. Sıx siyasi və hərbi əməkdaşlıqdan danışsaq, bu, müvəqqəti bir ittifaqdır.

Bunu axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov bildirib.

“Müəyyən bir zaman çərçivəsində rəsmi Moskva ilə Ankaranın maraqları üst-üstə düşdü. Lakin Cənubi Qafqaz və Yaxın Şərqdə tarixən inkişaf etmiş və həlli demək olar ki, mümkün olmayan məsələlərdə yaşanan fikir ayrılıqlarını və rəqabəti unutmaq olmaz. Bəli, indi rəsmi Moskva və Ankara onlardan yan keçməyə çalışır, amma bu, heç də həmişə mümkün olmur. Daha sonra qarşılıqlı qınaqlar səslənir, lakin incə bir formada, gülümsəyərək və dostcasına. Bu, artıq bir irəliləyişdir”, – politoloq qeyd edib.

Mütəxəssisin fikrincə, demokratların Ağ Evə qayıtması bütün dünya üçün yeni bir başlanğıcdır:

“Rəsmi Moskva Vaşinqtonla qarşıdurma əhvali-ruhiyyəsində deyil, danışıqlara hazırdır və okeanın o tayına yalnız müvafiq mesajları deyil, həm də geniş səlahiyyətlərə malik olan emissarları da göndərir. Trampın hakimiyyəti dövründə qarşılıqlı “hücumlara” baxmayaraq, rəsmi Ankara ABŞ-ın bölgədəki tərəfdaşı olmağa davam etdi və şübhəsiz ki, NATO-dan çıxmaq niyyətində deyildi. Ağ Evdəki və ümumiyyətlə, ABŞ-ın siyasi olimpdəki vəziyyəti, Trampın eksantrikliyi — bütün bunlar “Amerika cilovlarının” zəifləməsinə gətirib çıxardı və bir çox regional qüvvələrin güclənməsinə imkan verdi. Rusiya və Türkiyəyə artıq Bayden administrasiyasının ABŞ hegemonluğunu bərpa edəcəyi aydındır. Bu, yuxarıda qeyd etdiyim kimi yalnız rəsmi Moskvada deyil, Ankarada da nəzərə alınır”.

Hamısını Göstər

Related Articles

Back to top button