Rusiya və İsrail XİN başçıları Ukraynanı müzakirə edib

Rusiya və İsrailin xarici işlər nazirləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin məlumatına görə, Sergey Lavrov israilli həmkarı Eli Koenlə telefon danışığı zamanı ikitərəfli əməkdaşlığı gücləndirmək üçün birgə işləməyə hazır olduğunu bildirib.

“Lavrov Rusiyanın xüsusi əməliyyatı kontekstində Ukraynadakı vəziyyət barədə məlumat verib, həmçinin Fələstinlə sülh prosesinin yenidən başlamasına kömək etməyə hazır olduğunu açıqlayıb”, deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.

“İndi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon söhbətini bitirdim, o, məni vəzifəyə başlamam münasibətilə təbrik etmək üçün zəng etmişdi. Biz bir sıra ikitərəfli və regional məsələləri, ölkələrimiz arasında münasibətləri müzakirə etdik”, İsrail XİN başçısı deyib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button