Rusiya XİN Azərbaycanla Aİ arasında imzalanmış qaz müqaviləsinə münasibət bildirib.

Azərbaycanla Avropa İttifaqı arasında qaz ixracı ilə bağlı imzalanmış müqavilə Rusiya və Azərbaycan arasında müttəfiqlik barədə imzalanmış bəyannamənin şərtləri ilə ziddiyyət təşkil etmir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və çap departamentinin direktor müavini İvan Neçayev deyib.

Diplomat istənilən ölkənin öz neft-qaz siyasətini müstəqil yürütmək hüququnun olduğunu əlavə edib.

XİN rəsmisi Azərbaycanın son illərdə sosial-iqtisadi inkişaf baxımından ciddi irəliləyiş əldə etdiyini və beynəlxalq investorların Bakıya böyük marağı olduğunu vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button