Rusiyada seçicilərin 78 faizi Konstitusiyaya düzəlişlərə səs verib

Rusiyada səsvermələrdə iştirak edən seçicilərin 77,93 faizi Konstitusiyaya düzəlişlərin lehinə səs verib.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) protokolların 99,9 faizdən çoxunun hesablanmasına əsasən bildirib.

Komissiyanın məlumatına görə, seçicilərin 21,26 faizi Konstitusiyaya düzəlişlərin əleyhinə çıxıb.

Qeyd edilir ki, seçici fəallığı 65 faiz təşkil edib.

Bəzi regionlarda artıq protokolların hamısı hesablanıb.


***02:58

Rusiya seçicilərinin 78,04%-i ölkə Konstitusiyasına düzəlişlərin qəbuluna səs verib.

RİA “Novosti”yə istinadən xəbər verilir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında bildirilir.

MSK-nın məlumat mərkəzində protokolların 95,61%-nin hesablanmasından sonra seçicilərin 78,04%-nin Konstitusiyaya düzəlişlərin qəbuluna səs verdiyi açıqlanıb. Məlumata görə, səsvermələrdə iştirak edənlərin 21,15%-i buna qarşı çıxıb.

Qeyd edək ki, Konstitusiyaya düzəlişlər üzrə ümumrusiya səsverməsi 22 aprelə təyin edilmişdi, amma ölkədəki mürəkkəb epidemiologiya vəziyyətə görə səsvermələr təxirə salınmışdı. Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirdi ki, səsvermə 1 iyulda keçiriləcək.

Epidemiologiya vəziyyəti və əhalinin təhlükəsizliyi nəzərə alınaraq rusiyalıların iyunun 25-dən iyulun 1-dək səs vermələri barədə qərar qəbul edilib.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close