Rusiyada yeni səfərbərlik planlaşdırılır

Ukrayna kəşfiyyatında Rusiyanın yeni səfərbərlik dalğası planları barədə məlumat var. Dünən, dekabrın 29-da Rusiyada səfərbərliyin başa çatdığını elan edən Rusiya müdafiə naziri Sergey Şoyqunun bəyanatına baxmayaraq yeni səfərbərlik gözlənilir”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov BBC-yə müsahibəsində məlumat verib.  

“Yeni bölmələrin formalaşdırılması üçün rusiyalılar kifayət qədər canlı qüvvəyə malik deyillər. Buna görə də onlar yanvarın 5-dən növbəti səfərbərlik dalğasına başlamaq barədə düşünürlər və artıq bununla bağlı qərar veriblər”, – deyə Budanov qeyd edib.

O həmçinin bildirib ki, hazırda rusiyalılar böyük itkilər səbəbindən mövcud bölmələrin komplektləşdirilməsində də çətinliklər yaşayırlar.

Budanovun sözlərinə görə, Rusiyada səfərbərliyin dəqiq nə vaxt elan olunacağının heç bir fərqi yoxdur, “5 və ya 9 yanvar – prinsipcə, bu heç nəyi dəyişməyəcək”, çünki canlı qüvvə itkisi səbəbindən onsuz da bunu etməli olacaqlar.

“Həmçinin başa çatdığını elan etdikləri səfərbərlik davam edir və hazırda insanlar tam sürətlə müharibəyə səfərbər olunur”, – deyə kəşfiyyat rəhbəri vurğulayıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button