Rusiyadan olan hərbi tibbi heyət Dağlıq Qarabağa yollanıb

Rusiyadan olan hərbi tibbi heyət Xabarovskdan Dağlıq Qarabağa yollanıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, RF Şərqi Hərbi Dairəsinin xüsusi təyinatlı tibbi dəstəsinin qüvvələri Rusiya Federasiyasının sülhməramlı kontingentinə tibbi dəstəyin təşkili və humanitar missiya üçün Dağlıq Qarabağa köçürülür.

Nazirlik Dağlıq Qarabağa ümumilikdə 122 hərbi həkim və tibb bacısı, habelə 54 vahid avtomobil və xüsusi texnika, həmçinin, 66 ton zəruri materialın göndərildiyini vurğulayıb.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button