Rusiyalı ekspert: “Naxçıvana dəhlizin açılması qaçılmazdır”

“İndi hər şey atalar sözündəki kimi baş verir: “İt hürür, karvan keçir”.

Bunu Plexanov adına Rusiya İqtisad Universitetinin Siyasi Elmlər və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev Caliber.Az-a müsahibəsində deyib.

O bildirib ki, müxtəlif dağıdıcı qüvvələrin müqavimətinə baxmayaraq, Naxçıvana dəhlizin olması qaçılmazdır:

“Bu, bütün Cənubi Qafqaz ölkələrinin, Türkiyənin, İranın və təbii ki, Rusiyanın özünün mənafeyinə uyğundur. Söhbət konkret bir dəhlizdən getmir. Rusiya, Azərbaycan və İranın iştirak etdiyi “Şimal-Cənub” layihəsi hazırlanır. Digər nəqliyyat kommunikasiyalarının meydana çıxması yalnız “Şimal-Cənub”u gücləndirəcək, səmərəliliyini artıracaq”.

Ekspert Rusiya hərbi bazalarının Ermənistan ərazisində yerləşməsi ilə bağlı da danışıb.

O deyib ki, söhbət torpaqların əbədi istifadəyə verilməsindən yox, uzunmüddətli icarədən gedir:

“Rusiyanın Ermənistandan bir şey istəməməsi üçün bu ərazilərdə “ağa” haqqı olmalıdır.

Bu, dəhlizin fəaliyyətinin daha yaxşı koordinasiyasına və işinin təminatına kömək edəcək. Və heç bir “torpaq zəbti” olmayacaq”.

“Rusiya bütün tərəflərin – həm Azərbaycanın, həm Türkiyənin, həm Ermənistanın, həm də digər dövlətlərin maraqları naminə hərəkət edəcək və bir növ tənzimləyiciyə çevriləcək. Əminəm ki, dəhlizin istifadəsi ilə bağlı yeni müqavilələr imzalanacaq.

Proses davam edir və pis niyyətli şəxslərin yaratdığı “qara fon”dan, “acı dillərdən” uzaqlaşmağa çalışmalıyıq. Nəzərə alınmalıdır ki, bölgədəki bütün ölkələr güzəştə gedirlər və kommunikasiyaların açılması iqtisadi inkişaf və rifah gətirəcək”, – deyə Perenciyev vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button
Close