Rusiyanın öhdəsindən hansı ölkə gələ bilər?

Ukrayna məsələsi yaxın bir il ərzində bitəcək. Bu ölkə bir neçə parçaya bölünəcək. Qonşu ölkələr hərə öz payını götürəcək. Ən böyük pay Polşanın olacaq. Artıq indi Polşa demək olar ki, tam olaraq Ukraynaya nəzarət edir.

Bu fikirləri “Rossiya 1” kanalının efirində yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efiri zamanı tanınmış rusiyalı publisist Nikolay Vavilov deyib.

“Bu məsələ artıq gün kimi aydındır. İndi qalıb digər məsələ. Qərb uzun illər boyu Rusiyanın yanında olan bir neçə MDB ölkəsində öz məkirli planlarını həyata keçirməyə başlayıb. Hazırda ən qorxunc vəziyyət Ermənistan və Qazaxıstanda canlanır. Ermənistan heç – zəifdir, amma bu ölkə ilə də işləmək lazımdır. Amma Qazaxıstan məsələsi Rusiya üçün çox önəmli ola bilər. Bu ölkə ilə Rusiyanın sərhəd xətti dünyada ən uzun sərhəddir. ABŞ Qazaxtanı Rusiya ilə mübarizə üçün döyüş xəttinə çevirə bilsə, vəziyyət indi olduğu kimi olmayacaq. Bu Rusiyanın bel sütununu qıra bilər”, – deyə o qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button