“Rusların Qarabağda hərbi baza qurması fikri kökündən yanlışdır” – Aleksandr Perençiyev

2020-ci ilin mühüm hadisələrindən biri də 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasıdır. 44 günlük müharibədən sonra Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-da üçtərəfli sülh anlaşması imzalandı. Atəşkəs yarandı. Və bu atəşkəsə nəzarət etmək üçün Rusiya sülhməramlıları Dağlıq Qarabağa gəldi. Lakin sülhməramlıların Dağlıq Qarabağa gəlişinə müxtəli yanaşmalar var. Bununla bağlı “Moskva-Baku.ru” hərbi ekspert Aleksandr Perenciyevin fikirlərini öyrənib. İndi həmin müsahibəni ixtisarla təqdim edirik

– Bəzi siyasətçilərimiz və mütəxəssislərimiz  sülhməramlılarımızın Qarabağa gəlişini  burda Rusiyanın  hərbi baza qurmaq fikri kimi təsvir edirlər. Sizcə, doğrudanmı belədir?

– Prinsipcə bu məsələdə son dərəcə diqqətlə və balanslı fikir yürüdən az adamımız var. Mənə elə gəlir ki, bu açıqlamaların müəyyən səbəbləri var. Ya həmin şəxs vəziyyəti və nədən danışdığını həqiqətən başa düşmür, ya da tərəflərdən birinin maraqlarını təbliğ edir. Təbii ki, bunların heç biri Rusiyanın maraqları deyil. Onlar sadəcə nəsə söyləmək və gündəmdə qalmaq istəyən adamlardır. İndiki halda  Dağlıq Qarabağda hər hansı bir bazadan söhbət getmir. Heç bir baza orada görünmür. Unutmamalıyıq ki, sülhməramlılar yalnız iki tərəfin razılığı ilə münaqişə zonasında ola bilər. İndiyə qədər tərəflər Rusiya sülhməramlı kontingentinin 5 illik qalmasına razılıq veriblər. Beş ildən sonra tərəflərdən biri etiraz etsə, rus sülhməramlıları razılaşmaya əsasən Qarabağdan çıxmaq məcburiyyətində qalacaq. Buna görə də sülhməramlıların bölgədə mövcudluğu həm Azərbaycan, həm də Ermənistanın razılaşdığı və dünya praktikasında sübut olunmuş bir mexanizmdir. Və sülməramlıların vəzifələri iki ölkə və xalqlar arasında sülhün bərqərar olmasına töhfə verməkdir.

– Rusiyalı sülhməramlılarnın Qarabağda nə qədər qalacağını nə müəyyənləşdirir?

– Vəziyyət razılaşmanın necə həyata keçiriləcəyindən asılıdır. İlk növbədə, erməni birləşmələrinin ərazilərdən çıxarılması, bölgələrin Azərbaycana qaytarılması, qaçqınların oraya qayıtması lazımdır. Vəziyyət Ermənistan rəhbərliyinin atdığı addımların adekvatlığından asılı olacaq. Təəssüf ki, bu günə qədər Ermənistan hakimiyyəti, o cümlədən əhali arasında baş verənlər nəzərdə tutulan işlərin icrasını ləngidir. Ancaq Moskvada ən yüksək səviyyədə dəfələrlə deyirdi ki, Azərbaycan əraziləri o qədər müddətdə işğala məruz qala bilməz. Ermənistan rəhbərliyi bunu mütəmadi olaraq əhaliyə izah etməli idi. Ona görə də belə bir məcburiyyətlə üzləşdilər.Ermənilər torpağı ələ keçirməyin doğru olduğuna, ancaq geri qaytarmağın səhv olduğuna inanırlar. İşğal olunmuş torpaqların işğalçısının bir gün təslim olacağı açıq idi. İntiqam düşüncəsi, iddia edilən bəzi haqsızlıqlar Ermənistanın özündə çox şeyi vurub dağıdır. Onlar üçün çətin olacaq. Sülh üçün bir vektor verilməlidir. Ermənistandakı cəmiyyət bunu anlamalıdır. 20 il sonra Şuşada və ya başqa bir yerdə oturan bir azərbaycanlı və bir erməni bir-birindən soruşsalar ki, “Niyə atalarımız döyüşdü?”, təəccüblənmərəm.  Almaniya ilə 5 il müharibə etdik, 20 milyon insan itirdik. Amma indi almanlarla bu və ya digər dərəcədə dostuq.  Bir vaxtlar çinlilərlə güclü mübahisə etdik, indi dostuq. Bu, barışıq və normal bir həyat qurma yolunun onsuz da qaçılmaz olduğunu göstərir. Sülhdən bəhs etdiyimiz zaman, bəli, bu ağrılı və çətin bir yoldur. Ancaq bu, düzgün istiqamətdə – barışığa və Azərbaycanın ərazi bütövlüyünün ədalətli bərpasına aparan yoldur.

Hamısını Göstər

Related Articles

Back to top button